Nəsimi rayonunda bir-birinə bitişik tikilən birmərtəbəli evlərdən ümumi sahəsi 30 m² olan taxta konstruksiyalardan ibarət ev və içərisindəki əşyalar, ümumi sahəsi 60 m² olan evin pəncərə çərçivəsi və ümumi sahəsi 35 m² olan evin dam örtüyünün yanar konstruksiyaları 2 m² sahədə yanıb.

Unikal.org xəbər verir ki, yanğın zamanı 1 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Evlərin qalan hissəsi və bitişik digər evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan başqa, Şəmkirdə avtobmobil sexində yanğın olub. Ümumi sahəsi 32 m² olan avtomobil təmiri sexinin lambirindən ibarət tavanı və içərisindəki avadanlıqlar, bitişik ümumi sahəsi 340 m² olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları 40 m² sahədə və dam örtüyü 30 m² sahədə yanıb.

Yanğın zamanı müxtəlif xəsarətlər alan 1 nəfər yanğınsöndürənlər hadisə yerinə çatana kimi vətəndaşlar tərəfindən xəstəxanaya aparılıb. Sexin və evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.