Sıxlıq və xaosdan bezmiş və sakit bir yerdə yaşamaq istəyənlər üçün dünyanın ən az əhalisi olan 10 ölkəsini bir araya gətirdik.
Unikal.org həmin ölkələri təqdim edir:
NAURU
Nauru birinci yerdədir. Avstraliyanın şimal-şərqindəki bu ölkənin əhalisi 10 min nəfərdir. Dinc və təbii mühiti ilə diqqəti cəlb etsə də, Naurunun turistik bir yer olduğunu deyə bilmərik. Nəqliyyat çatışmazlığı bu məsələdə böyük bir amildir.
MONTSERRAT
İkinci yerdə əhalisi 4 000-6 000 arasında olan Montserrat durur. Əhalinin dəyişməsinin səbəbi yaxınlıqdakı vulkanlardır. Xristofor Kolumb 1492-ci ildə türkcə Sarp dağı mənasını verən Montserratı kəşf edib.
SAINT HELENA
Növbəti ölkəmiz Saint Helena. Atlantik okeanının cənubunda yerləşən bu vulkanik əsaslı ada Birləşmiş Krallıqa bağlıdır. İlk dəfə 1502-ci ildə dənizçilər tərəfindən kəşf edildiyi zaman Saint Helenada heç bir həyat izi tapılmayıb. 2008-ci ildə keçirilmiş son seçkilərə görə əhalisi 4255 nəfərdir. Əsrlər boyu dənizçilər üçün böyük əhəmiyyətə sahib olan bu ada sürgün üçün də istifadə edilmişdir. Adaya sürgün edilənlərin ən məşhuru Napoleondur.
FALKLAND ADALARI
Cənubi Atlantik Okeanında Patagoniyadan 480 km şərqdə yerləşən Falkland adaları, 776 kiçik adadan ibarətdir. Daxili işlərdə sərbəst olmasına baxmayaraq, xarici əlaqələr və müdafiə məsələlərində İngiltərədən asılı olan bu ölkənin əhalisi, 2012-ci ildə edilən təxminlərə görə 2932 nəfərdir. İnsanlarının qoyun yetişdirmə və balıq ovu ilə məşğul olduğu bu ölkənin ilk dəfə 1600-cü ildə Holland mənşəli Sebald de Weert tərəfindən kəşf edildiyi deyilir.
NİUE
Cənubi Pasifikdə yerləşən və adalardan ibarət olan Niue, dünyanın ən az əhalisi olan ölkələrindən biridir. Təbii mühiti ilə diqqəti cəlb edən Niueyə çatmaq çox çətindir. Ancaq Yeni Zelandiya və ya Avstraliya üzərindən keçmək mümkündür. 2016-cı ildə edilən təxminlərə görə, əhalisi 1624 olan Niue, 18-ci əsrin üçüncü rübündə James Cook tərəfindən aşkar edilmişdir.
TOKELAU
Yalnız 1411 nəfərlik əhalisi olan Tokelau, Sakit Okeanda Yeni Zelandiyaya bağlı bir ada ölkəsidir. 1948-ci ildə qurulan bu ölkə monarxiya sistemi ilə idarə olunur.
VATİKAN
Xristianlığın katolik təriqətinin rəhbər mərkəzi olan Vatikanın bir ölkə və ya bir şəhər olması barədə bir çox fərqli fikir var. Çünki Vatikan əslində İtaliyanın Roma şəhərində yerləşir. Əhalisi 500 nəfərdir. Turistlər nəzərə alındıqda bu rəqəm 1500-ə çatır.
PITKARN ADALARI
Havaydan 3500 km məsafədə yerləşən Pitkarnın Adaları, Sakit Okeanda çox kiçik bir icmadan ibarətdir. Pitkarnın əhalisi cəmi 50 nəfərdir.
SEALAND
Sosial mediada görünmə ehtimalı yüksək olan Sealand əhalisi cəmi 27 nəfərdir. Sahəsi 550 kvadratmetr olan Sealand, İngiltərə tərəfindən İkinci Dünya Müharibəsi dövründə Alman təyyarələrinin qarşısını almaq üçün dəniz qalası olaraq inşa edilmişdir. Rəsmi dili ingilis olan Sealandın pul vahidi Sealand dollarıdır.
Gülayə Mecid