Gürcüstanın Azərbaycanla sərhəddə yerləşən Kaxeti rayonunda 4 bal gücündə zəlzələ baş verib.

Unikal.org xəbər verir ki, bu barədə Gürcüstanın Yer Elmləri İnstitutu və Seysmik Monitorinq Milli  Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 09:00-da baş verən zəlzələnin episentri Qurcaani şəhərinin yaxınlığında yerləşib.

Dağıntı və tələfat barədə məlumat yoxdur.