Rusiyada xilasedicilər Krasnoyarsk diyarının Norilsk şəhərində “Qora otdelnaya” dağ xizək kompleksi ərazisində baş vermiş qar uçqununun altından həlak olmuş körpənin meyitini tapıblar.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə axtarışlarda iştirak edən Maksim İnixov bildirib.

"Bəli, indicə daha bir meyit aşkarlandı - yaşyarımlıq körpə", - o deyib.

Qeyd edək ki, xilasedicilər daha əvvəl qar uçqununun altından körpənin anasının meyitini aşkarlayıblar. Hazırda körpənin atasının axtarışları aparılır.