Rusiyada son bir gündə daha 23 309 nəfərə COVID-19 diaqnozu qoyulub.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb. Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 3 379 103 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 470 nəfər artaraq 61 381-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 2 754 809 nəfər sağalıb.