Almaniya kansleri Angela Merkel ölkəsində gələn həftənin ağır keçəcəyini söyləyib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, səbəb koronavirus pandemiyası ilə əlaqədardır. Qış aylarında yoluxma sayında kəskin artım olduğu vurğulanıb. Ölkə ərazisində qışın ən sərt həftəsinin gələn həftə olması immunitetin daha da zəifləməsinə səbəb olacaq.

"Növbəti həftə Almaniya üçün ağır keçəcək. Yoluxma sayında artım ola bilər", - deyə Merkel söyləyib. Almaniyada vaksinasiya prosesi də başlayıb. Ölkədə koronavirus pandemiyası ilə mübarizə tədbirləri davam edir.