ABŞ prezidenti Donald Trampın ətrafında qalmaqallar səngimək bilmir.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Konqres binasına basqından sonra sosial şəbəkə hesablarına çıxışı bloklanan Trampın indi də prezident səlahiyyətlərinə uyğun olaraq ABŞ-ın nüvə arsenalına çıxışı yasaqlanır.
ABŞ prezidentinin nüvə kodlarına əlçatanlığı dayandırılır. Bu barədə ordunun baş qərargahına müraciət edilib. Onun səlahiyyət müddəti 20 yanvarda yeni seçilmiş prezident Baydenin andiçməsi ilə sona çatacaq.