İran İslam Respublikasının prezidenti Həsən Ruhani koronavirus əleyhinə vaksinlərdən danışıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Ruhani xarici istehsalçılar arasından etibarlı vaksinlərin axtarıldığını söyləyib. O qeyd edib ki, yerli vaksin istehsalı son mərhələyə çatana qədər ölkə əhalisinin vaksinə olan tələbatını ödəmək lazımdır.

İran ai dini lideri Seyid Əli Xamneyi ABŞ və Britaniyadan vaksin tədarükünü yasaqladığına görə digər mənbələrə müraciət ediləcək.

"Güvənli xarici vaksin axtarışlarımız davam edir", - deyə Ruhani bəyan edib.