Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Afrikada COVID-19-a yoluxanların ümumi sayı 3 milyonu keçib. İndiyədək qitədə 71 min 558 pasiyentin yeni növ koronavirusdan vəfat etdiyi bildirilir.
Unikal.org xəbər verir ki, qitədə COVID-19-a ən çox yoluxma Cənubi Afrika Respublikasında (CAR) (1,7 milyon nəfər) qeydə alınıb. Bu ölkədə virusun 501Y.V2 adlanan yeni variantına da yoluxanların sayı artıb. CAR hökuməti ölkəyə gətirilən vaksinlərin COVID-19-un mutasiya olunmuş formasına təsirini öyrənmək üçün tədqiqat aparılması göstərişini verib. Nəticələrin 2 həftə ərzində məlum olacağı bildirilir.
Mərakeş isə CAR-da sonra COVID-19-a ən çox yoluxmanın qeydə alındığı ikinci Afrika ölkəsidir. Burada 450 mindən çox yoluxma, 8 minə yaxın ölüm faktı qeydə alınıb. Yoluxma və ölüm sayına görə qitənin üçüncü ölkəsi olan Misirdə isə indiyədək 148 min insan virusa yoluxub, 8 mindən artıq pasiyent vəfat edib.