İndoneziyanın “Srivijaya Air” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Cakarta yaxınlığında suya düşüb.

Unikal.org-un məlumatına görə, bu barədə “Sinxua” agentliyi yerli televiziyaya istinadən xəbər verib.

Göyərtədə ən azı 65 nəfər - 10 uşaq daxil olmaqla 53 sərnişin və 12 ekipaj üzvü olub. Təyyarədə 10 uşaq arasında üç körpə olduğu bildirilib.