İtaliyada 500 mindən çox insan koronavirus əleyhinə vaksinasiya prosesindən keçib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, vaksin olunanların ümumi sayı 504 587 nəfər təşkil edib. Vaksin olunan şəxslərin əksəriyyəti tibbi personal üzvləridir. Belə ki, 416 292 tibb işçisi vaksinasiya prosesindən keçib. İtaliya Səhiyyə Nazirliyi vaksinasiyanın davam etdiyini açıqlayıb.

İtaliya hökuməti 918 450 dozalıq vaksin tədarük edib ki, hazırda onun 54.9 faizi artıq istifadə olunub. Vaksin olunanların 32 172 nəfəri qadın, 192 415 nəfəri isə kişi olub. Hazırda vaksinlərin növbəti partiyasının idxalı ilə bağlı tədbirlər görülür.