İranda ötən sutka ərzində 82 nəfər koronavirusdan (COVID 19) ölüb.

Unikal.org xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. 

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 56 100 nəfərə yüksəlib.

Ölkədə ötən 24 saat ərzində 5 924 nəfər koronavirisa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 280 438 nəfərə çatıb. Virus daşıyıcılarından 4 686 nəfərin vəziyyəti ağırdır.

İranda indiyədək 1 067 466 nəfər koronavirusdan sağalıb, 8,09 milyondan çox diaqnoz testi həyata keçirilib.