ABŞ prezidenti Donald Tramp yeni sosial şəbəkə açacağını söyləyib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Tramp digər sosial şəbəkələrdə hesabları bağlandıqdan sonra bu qərara gəldiyini söyləyib. "Reuters" nəşri də bu barədə məlumat dərc edib.

Həm "Facebook", həm də "Twitter" platformasında hesabları blokanan Trampın "RealDonaldTramp" hesabı ilə seçki qərargahının istifadə etdiyi "TeamTramp" hesabı da bağlanıb.