ABŞ-da son sutka ərzində aşkar edilmiş koronavirusa yoluxma hallarının sayı 283 mindən çox artıb.

Unikal.org xəbər verir ki, bunu federal və yerli hakimiyyət orqanlarının, habelə medianın və digər açıq mənbələrin məlumatlarını ümumiləşdirən Cons Hopkins Universitetinin məlumatları göstərir.

Məlumata ​​görə, son 24 saat ərzində həkimlər 283 204 nəfərə COVID-19 diaqnozu qoyublar. 3 456 nəfər isə virusun qurbanı olub.

Universitetin hesablamalarına əsasən, pandemiyanın başlanğıcından bəri ABŞ-da 21,8 milyondan çox koronavirusa yoluxma halı qeydə alınıb, 368 mindən çox insan isə ölüb.