Rusiyanın Tümen vilayətində yaşayış evində yanğın olub.

Unikal.org-un verdiyi məlumata görə, yanğın nəticəsində 7 nəfər həyatını itirib.

Yanğının səbəbləri və ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı Rusiya İstintaq Komitəsində müvafiq maddə ilə cinayət işi başlanılıb.