İspaniyanın əksər hissəsini əhatə edən fırtına nəticəsində ən az üç nəfər öldü.

Unikal.org-un məlumatına görə, bu barədə mətbuat konfransında İspaniyanın Daxili İşlər naziri Fernando Qrande-Marlaska bildirib.

Məlumata əsasən, həmin fırtına güclü qar, külək və yağışlarla müşayiət olunur.

Xüsusilə, Andalusiya Muxtar Birliyində iki nəfər, Madrid Muxtar Birliyində daha bir nəfər təbii fəlakətin qurbanı oldu. Nazir bunun "son 50 ilin ən güclü fırtınası" olduğunu bildirib.