Böyük Britaniyada son sutka ərzində 59 937 nəfər koronavirusa yoluxub.

Unikal.org-un məlumata görə, bu barədə ölkənin Səhiyyə Departmenti məlumat yayıb.

Qeyd edilib ki, hazırda koronavirusa yoluxanların ümumi sayı 3 017 409 nəfərə çatıb.

Son sutka ərzində 1035 nəfər isə koronavirusdan həyatını itirib. Bununla da Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 80 868 nəfərə çatıb.