Cəbrayılda aparılan axtarışlar zamanı daha 3 erməni hərbçisinin meyiti tapılıb.
Unikal.org xəbər verir ki, meyitlər döyüş mövqelərində aşkarlanıb. Bununla da Qarabağda meyitləri aşkarlanan ermənilərin sayı 1 197 nəfərə çatıb. Məlumata görə, onlar arasında hərbçilərlə yanaşı, mülki şəxslər də var. Lakin Ermənistan rəsmiləri döyüş əməliyyatları zamanı Azərbaycanın işğal olunmuş ərazilərində mülki şəxslərin nə üçün, hansı məqsədlə göndərildiklərini gizlədirlər.
Qeyd edək ki, Qarabağ müharibəsində itkin düşmüş erməni əsgərlərinin axtarışlarına hərbçilərlə yanaşı, itkinlərin qohumları da cəlb edilib.
Xatırladaq ki, bunlar meyitləri tapılan itkinlərin sayıdır. Ermənistanın Səhiyyə Nazirliyinin son məlumatına görə, hələlik müharibədə həlak olmuş 3 300-dən çox erməni hərbçisinin meyiti ekspertizadan keçirilib.