Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 181 nəfər ölüb.
Unikal.org-un xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz açıqlamasında bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 9 537 nəfər COVID-19 infeksiyasına yoluxub.
Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 7 902, ağır xəstələr isə 2 903 nəfər olub.
Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları da müəyyən edilməyən 2 317 118 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 190 047 nəfər sağalıb, 22 631 nəfər isə ölüb.