Bu gün Qırğızıstanda keçirilən referendum baş tutmuş hesab olunur.
Unikal.org xəbər verir ki, bunu Qırğızıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurjan Şaydabekova deyib.
MSK sədri bildirib ki, saat 18.00-a olan məlumata görə, prezident seçkilərinə seçicilərin 33,13, referenduma 33,08 faizi səs verib. Bu da prezident seçkilərində 1 milyon 180 min 515, referenduma isə 1 milyon 778 min 656 səs deməkdir.
Qırğızıstan qanunlarına əsasən, seçicilərin 30 faizindən çoxu səs verdikdə referendum baş tutmuş hesab olunur.
08:45
xxx
Bu gün Qırğızıstanda növbədənkənar prezident seçkiləri və ölkədə idarəçilik formasının müəyyənləşdirilməsi ilə bağlı referendum keçirilir.
Unikal.org xəbər verir ki, prezident postu uğrunda 17 namizəd mübarizə aparacaq.
Bundan əlavə, vətəndaşlar hansı idarəetmə formasına – prezident, yoxsa parlament üsul-idarəsinə üstünlük verdikləri barədə seçim edəcəklər.
Seçki günü ölkə ərazisində 2470, xaricdə isə 48 seçki məntəqəsi fəaliyyət göstərəcək.