39 yaşlı Meqan Markl uzun müddət Britaniya pasportu ala bilməyəcək.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, şahzadə Harrinin həyat yoldaşı vətəndaşlıq almaq üçün 3 il orada yaşamalı idi. 2018-ci ildə toyu olan aktrisa üçün kral ailəsi heç bir güzəştə getməyib.
Bir müddət əvvəl Meqan və Harri ötən ilin yanvarında əllərində olan kral ailəsinin imkanlarından imtina etdiklərini açıqlamışdı. Meqan Londona 2017-ci ildə gəldiyi üçün onun pasport almaq imkanı 2020-ci ilin noyabrda olacaqdı. Meqan Böyük Britaniyanın tələblərinə əməl etmədiyi üçün vətəndaşlıq hüququndan məhrum edilib.
Hazırda Britaniyada koronavirus infeksiyasına görə sərt karantin rejimi tətbiq edildiyi üçün Amerikada olan cütlük vətəninə qayıda bilmir.