ABŞ-ın hazırkı prezidenti Donald Trampın hesabını blokladıqdan sonra "Twitter"in səhmləri ABŞ-dakı hərraclarda təxminən 4 % ucuzlaşıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Tvitterin səhmləri 49,54 ABŞ dolları həcmində ticarət olunub ki, bu da öncəki günün bağlanış qiyməti ilə müqayisədə 3,77%-lik azalma deməkdir.
Xatırladaq ki, bundan əvvəl Tvitter rəhbərliyi şiddətə təhriketmə riski səbəbindən Trampın hesabına girişi yasaqlayıb. Bundan sonra Trampın seçki qərargahının hesabı bloklanıb. Bütün bunlardan öncə isə ABŞ-ın hazırkı Prezidentinin "Facebook", "Instagram", "Twitch", "Snapchat" səhifələri bloklanmışdı.