İranda son sutka ərzində daha 71 nəfər koronavirusdan dünyasını dəyişib.
Unikal.org xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin nümayəndəsi Sima Sadat Lari bildirib.
Onun sözlərinə görə, ölkədə pandemiya qurbanlarının sayı 56 171 nəfərə çatıb. Virusa yoluxma sayı son sutkada 5968 nəfər artaraq 1 286 406-ya yüksəlib.
İranda indiyədək 1 074 887 pasiyent sağalıb, 4664 xəstənin vəziyyəti ağır olaraq qiymətləndirilir.