ABŞ prezidenti Donald Trampın hesabını bağladıqdan sonra "Twitter" sosial şəbəkəsinin səhmləri 8 faizdən çox ucuzlaşıb.
Unikal.org-un məlumatına görə, hazırda şirkətin səhmləri 47,42 dollara alınıb satılır.
Qeyd edək ki, Vaşinqtonda Konqress binasına edilən hücumdan sonra "Twitter" yanvarın 9-da D.Trampın hesabını daimi əsas bağlamışdı. Bundan başqa, "Facebook", "Instagram" və digər sosial şəbəkələr prezidentin səhifələrini müəyyən müddətə dondurub.