İtaliyanın "Ndrangheta" adlanan ən güclü mafiyasının yüzlərlə şübhəli üzvü bu gün ədalətlə üzləşir.

Unikal.org xəbər verir ki, siyasətçilər, dövlət qulluqçuları, polis və iş adamları da daxil olmaqla müttəhimlərin mühakimə olunmasının iki ildən çox çəkəcəyi gözlənilir. Ümumilikdə, işə 355 müttəhim, 900-dən çox şahid , 400 vəkil  və  "omerta" (mafiya üzvlərinin tabe olmaları lazım olan qaydalara verilən ad) adlı 58 dövlət şahidi cəlb edilib. 

Bununla yanaşı,  bütün gözlər polisin qorunmasını qəbul etdikdən sonra mafiyanın sirlərini açan boss Luni Mankusonun oğlu Emanuele Mankusoda olacaq. Mankuso əvvəllər həm atasına, həm də əmisinə qarşı ifadə verməyə razılaşmışdı.

İtaliyalı səlahiyyətlilər tərəfindən Kalabria bölgəsindəki Lamezia Terme şəhərində yüksək səviyyədə mühafizə olunan məhkəmə salonu, şübhəlilərin saxlanılması üçün qəfəslərlə əhatə olunub.  Həmçinin, koronavirus məhdudiyyətləri səbəbiylə müttəhimlərin çoxu onlayn şəkildə iştirak edəcəklər. Məhkəmədə olanlar maskalar taxacaq və bir-birlərindən ən azı 2 metr məsafədə qəfəslərdə oturacaqlar. Digər tərəfdən, səlahiyyətlilər təqsirləndirilən şəxslərin demək olar ki, hamısının 2016-cı ildə başlayan və İtaliyanın ən azı 11 bölgəsini əhatə edən uzun bir istintaqdan sonra 2019-cu ilin dekabrında həbs olunduğunu açıqlayıb. Əsasən "Ndrangheta" nın Mankuso klanının nəzarətində olan  Kalabriyadakı basqınlarda təxminən 2500 əsgər və polisin iştirak etdiyi də bildirilib. Almaniyada, İsveçrədə və Bolqarıstanda mafiyaya kömək etməkdə günahlandırılan keçmiş senator, polis rəisi, yerli məclis üzvləri və iş adamları da tutulan şəxslər sırasındadır. 

Son 30 ildə ən böyük təşkil olunan cinayət işi - İstintaqa rəhbərlik edən prokuror, Nikola Qratteri, 1986-92-ci illərdə  "Palermo" dinləmələrindən sonra cinayət təşkilatlarına qarşı edilən ən böyük əməliyyat olduğunu söyləyib.  Digər tərəfdən, Qratteri, prokurorluğun iddialarını dəstəkləmək üçün 24 000 telefonun dinlənildiyini söyləyib. 

Qeyd edək ki, "Ndrangheta"nın İtaliyadakı ən güclü cinayət təşkilatı olduğu əvvəllər də ortaya çıxmışdı. Demoskopita Araşdırmalar İnstitutu tərəfindən 2013-cü ildə aparılan bir araşdırma, "Ndrangheta" nın illik dövriyyəsi 53 milyard dollar olduğunu hesablanıb. Tədqiqatçıların fikrincə, cinayətkar təşkilatın uğur qazanmasının sirri Kalabriyadakı dərin yaşayış yerlərindədir. Milyonlarla dollarlıq qlobal əməliyyatlara baxmayaraq, rəhbərləri nadir hallarda uzaq kəndlərini tərk edirdilər. Özlərini qorumaq üçün evlərinin altına qaçış tunelləri, dağlara piyada çatmaq mümkün olan  sığınacaqlar və meşələrdə gizli yerlərdə məskənlar salıblar.