“Güclü nəzarət tədbirləri olmadığı təqdirdə koronavirusun yeni Britaniya ştammı səhiyyə sistemindəki yükü daha da artıracaq və bu, həyəcanverici vəziyyətdir”.
Unikal.org xəbər verir ki, bunu ÜST-nin Avropa üzrə direktoru Hans Klüe deyib.
O artıq Avropa regionunun 25 ölkəsində COVID-19-un yeni ştammının təsbit edildiyini bildirib.
“Koronavirusun yeni ştammı adisi ilə müqayisədə daha şiddətli və ya daha yüngül keçmir. O bütün yaş qrupları arasında yayılır. Qısa müddətdə virusun yayılmasını azaltmaq və bir çox insanın həyatını xilas etmək üçün epidemiya əleyhinə səylərimizi artırmalıyıq. Bu, bizə məlum tədbirlərdir; maska taxmaq, genişmiqyaslı tədbirlərdən yayınmaq, məsafə saxlamaq, yoluxmuş insanların təmaslarını izləmək, eləcə də peyvənd vurulması ilə bağlı prosesin genişləndirmək bizi gözlənilən nəticələrə gətirib çıxaracaq. Prosesi yaxından izləyirik”, - o söyləyib.
H.Klüge həmçinin qeyd edib ki, istehsal olunan peyvəndlərin 90 %-dən çoxunun dünyanın 30 ölkəsində olduğunu qeyd edərək ÜST-nin peyvəndin hər ölkəyə təqdim edilməsi üçün əlindən gələni edəcəyini vurğulayıb.