Donald Trampın əleyhdarları onu Ağ Evdən kənarlaşdırmaqla yanaşı, dünyaca məşhur film olan " Evdə tək 2"-dən də çıxartmaq qərarına gəliblər. 

Unikal.org xəbər verir ki, 1992-ci ildə çəkilən filmdə kiçik bir səhnədə görünən Tramp baş rolda olan "Kevin McAllister" (Makaley Kalkin) ilə qarşılaşır və istiqamət verir.

İllər sonra filmin rejissoru Culio Makat, Trampın həmin filmdə yer almasını açıqlayıb:

"Otelin foyesində çəkiliş apardıq və o (Tramp) orada idi. Daha sonra Tramp filmdə çəkilməsini istədi". Rejissor onu səhnəyə aldığını ifadə edib.  Çünki Trampın otelində çəkilişləri apardıqlarını və lazımi qədər pul ödədiklərini də etiraf edib. 

İndi filmin pərəstişkarları Trampın səhnəsini çıxartmaq üçün kampaniya başladıblar. Qeyd edək ki, filmin baş aktyoru olan 40 yaşlı Makaley Kalkin  də film pərəstişkarlarının planını dəstəkləyib.  

Donald Trump’ı Evde Tek Başına 2 filminden çıkarın kampanyasıbaşlatıldı - 2