Bir zaman dünyaca məşhur model olan Loni Uillison jurnalistlərin obyektinə tuş gəlib.
Unikal.org xəbər verir ki, Kaliforniya ştaında yaşayan model çarəsiz vəziyyətdədir. Belə ki, o, zibil qutularını qarışdırarkən yaxalanıb. Daha sonra 37 yaşlı Uillison təkərli bir araba ilə bütün əşyalarını özü ilə apardığı görüntülənib.
Bildirək ki, amerikalı aktyor Ceremy Caksonla 2012-ci ildə ailə həyatı quran model iş həyatını buraxmışdı. Lakin bu evlilik 2014-cu ildə sonlandı. Daha sonra əvvəlki kimi ictimaiyyətdə görünməməyə başlayan Uillison, 2018-ci ildə küçələrdə yaşadığı bəlli olub.
İngiltərənin "The Sun" qəzetinə danışan keçmiş model heç kimdən kömək istəmədiyini bildirib.