Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində tədbirlər mütəmadi olaraq davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə Regional qrupundan Unikal.org-a verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı rayon ərazisində xüsusi karantin rejiminin qaydalarını pozaraq futbol oynayan bir qrup şəxs aşkar edilib. Qayda pozuntusuna yol vermiş 2 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilərək cərimə olunublar, 11 nəfər yeniyetmənin valideynlərinə isə ciddi xəbərdarlıqlar edilib.