Ermənistanda sabiq prezident Robert Koçaryanın işinə baxılan məhkəmənin binası önündə aksiya keçirilib.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, Koçaryanın tərəfdarları onun barəsindəki işə xitam verilməsini tələb ediblər. Nikol Paşinyan və komandası əleyhinə müxtəlif siyasi şüarlar səsləndirilib. Hazırda məhkəmə binasının polis və təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alındığı bildirilir.

Qeyd edək ki, Robert Koçaryan 2008-ci ildə keçirilmiş prezident seçkilərindən sonra 1 mart hadisələri zamanı dinc etirazçılara atəş açmaq əmri verdiyinə görə mühakimə olunur. Hadisələr zamanı ölənlər olmuşdu.