Gürcüstanda ötən sutkada koronavirusa 1 137 yeni yoluxma halı təsdiqlənib, 1 179 nəfər müalicə olunaraq sağalıb, 11 pasiyent isə vəfat edib.
Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Qonşu ölkədə pandemiya başlayandan bu günə qədər COVID-19-a 251 071 nəfər yoluxub. Onların 238 101-i sağalıb, 2 998-i isə dünyasını dəyişib.
Hazırda karantin zonalarında 478, stasionar nəzarətdə 3 478 nəfər saxlanılır. 536 nəfər isə xüsusi otellərdə müalicə olunur