Türkiyə ordusu Tel Rıfat bölgəsindən Fərat Qalxanı ərazisinə hücum etmək istəyən 3 PKK / YPG terrorçusu zərərsizləşdirib.
Unikal.org xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin "Twitter" hesabında edilən açıqlamada, "Tel Rıfat bölgəsindən atəş açaraq Fərat Qalxanı bölgəsinə hücum etməyə cəhd göstərən 3 PKK / YPG terrorçusunun Qəhrəman Komandolarımızın cavabı ilə zərərsizləşdirildiyi", qeyd edilib.