Pakistan Baş naziri İmran Xan ABŞ Prezidenti Co Baydeni təbrik edib.
Unikal.org xəbər verir ki, o, bu barədə sosial media hesabı "Twitter"də paylaşım edib.
Paylaşımda, "Ticarət və iqtisadi əlaqələri artırmaq, iqlim dəyişikliyinə qarşı mübarizə, xalq sağlamlığını yaxşılaşdırmaq, korrupsiyaya qarşı mübarizə, bölgədə və beynəlxalq aləmdə sülhü təşviq etməklə daha güclü bir Pakistan və ABŞ tərəfdaşlığı qurmaq üçün Bidenlə birlikdə çalışacağını səbirsizliklə gözləyir", - deyə qeyd edib.