Xəbər verdiyimiz kimi, Rus müxalifəti Aleksey Navalni 18 yanvarda Moskvada saxlanılıb.
Unikal.org məlumat verir ki, Rusiya prezidenti Vladimir Putinə aid olduğu iddia edilən 2 milyardlıq sarayın görüntüləri Navalnının saytında yayımlanıb. İddialara görə, Qara dənizin cənubundakı saray 17 300 dekar ərazidə yerləşir.
Sarayda striptiz klubu, qumarxana, teatr, rəqs meydançası, idman zalı, hovuz və tunellər var. Müxaliflər Rusiyadakı ən gizli obyekt adlandırdıqları sarayın krallıq olduğunu iddia ediblər.
Quruda xüsusi bir liman və uçuşa qadağan bölgənin olduğu da bildirilib. Navalni, Putinin Çar adlandırdığı əmlakının, yaxın çevrəsini əhatə edən bir korrupsiya sxemi ilə maliyyələşdirildiyini iddia edir.
Lakin Kremlin sözçüsü Dmitri Peskov, dövlət xəbər agentliyi "RİA Novosti"yə iddianın "həqiqətə uyğun olmadığını" söyləyib.