Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova ABŞ-a çağırış edib.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, Zaxarova ABŞ-ın Nyu-York şəhərində yerləşən Rusiya baş konsulluğunun telefon xəttini və Moskva ilə rabitə əlaqəsini bərpa etməyə çağırıb.

Qeyd edilib ki, artıq bir neçə aydır Nyu-Yorkdakı Rusiya diplomatik missiyasının Moskva ilə faksimil əlaqəsi mümkün deyil. Zaxarova əlavə edib ki, bu baş konsulluğa müraciət edənlərin əksəriyyəti ABŞ vətəndaşlarıdır.