Türkiyə Çindən növbəti 10 milyon dozalıq vaksin partiyası idxal edəcək.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, anlaşmaya görə Çinin "SinoVac" şirkətinin istehsal etdiyi "CoronaVac" koronavirusa qarşı vaksinlərinin 10 milyon dozalıq yeni partiyası yaxın vaxtlarda tədarük ediləcək.
Bu vaksinlər sınama mərhələsindən keçdikdən sonra ölkədəki vaksinasiya prosesində istifadə ediləcək. İndiyə qədər istifadə olunan eyni şirkətin vaksinlərində hər hansı yan təsirin olduğu müşahidə edilməyib. Gələcəkdə vaksinlənən vətəndaşların ikinci doza vaksin qəbul etmələri üçün yeni partiyaların da tədarük ediləcəyi bildirilib.