Türkiyədə son sutka ərzində 153 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazirin sözlərinə görə, 6 289 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 24 640, virusa yoluxanlar isə 2 412 505 nəfərə çatıb.
Türkiyədə indiyədək 2 290 032 pasiyent (son sutkada 6113 nəfər) sağalaraq evə buraxılıb.