Latın Amerikası ölkəsi olan Ekvadorda zəlzələ baş verib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, təbiət hadisəsi ölkənin şimal-qərbində yerləşən Quayas şəhəri yaxınlığında baş verib. Yer silkələnməsi Rixter şkalası ilə 5.2 balla qiymətləndirilib.
Zəlzələnin ocağı yerin 45 kilometr dərinliyində yerləşib. Hər hansı itki və ya dağıntı yaşanmayıb.