Rusiya və İsrail birgə vaksin istehsalını müzakirə edir.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın İsraildəki səfirliyindən məlumat verilib. Bildirilib ki, hazırda tərəflər arasında koronavirusa qarşı birgə vaksin istehsalı məsələləri müzakirə mərhələsindədir.

Müzakirələr uğurla başa çatsa, istehsal prosesinə başlanması gerçəkləşdiriləcək. Müzakirənin detalları hələlik açıqlanmayıb.