Koronavirusun "Britaniya ştammı" Polşada da müşahidə olunub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, COVID-19-un yeni və daha sürətli yayılan növü Polşada da görülüb. Yeni ştamm ölkənin cənubundakı Malopolska bölgəsində qeydə alınıb.

Koronavirusa yoluxan şəxs dərhal karantinə alınıb və xəstəxanaya yerləşdirilib.