Avrasiya İqtisadi Birliyi zirvə toplantısı keçirəcək.
Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, zirvə toplantısı 5 fevral tarixində keçiriləcək.
Toplantıda üzv ölkələrin dövlət başçıları da iştirak edəcək. Toplantının gündəliyi barədə hələlik ətraflı məlumat verilməyib.
Qeyd edək ki, Avrasiya İqtisadi Birliyinin üzvləri Rusiya, Belarus, Ermənistan, Qazaxıstan və Qırğızıstandır. Həmçinin Özbəkistan, Kuba və Moldova isə müşahidəçi hüquqa malik statusla təşkilatın üzvləridir.