İranda ötən sutka ərzində 75 nəfər koronavirusdan (COVID-19) ölüb.

Unikal.org-un məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Onun sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 57 225 nəfərə yüksəlib.

O deyib ki, İranda ötən 24 saat ərzində 6 305 nəfər koronavirisa yoluxub. Beləliklə, ölkədə bu virusa yoluxanların sayı 1 360 825 nəfərə çatıb. Virus daşıyıcılarından 4 134 nəfərin vəziyyəti ağırdır.