Kipr martın 1-dən etibarən bütün ölkələrdən turistlər üçün sərhədləri və hava limanlarını açacaq.

Unikal.org xəbər verir ki, bunu ölkənin turizm nazirinin müavini Savvas Perdios deyib.

Qeyd olunur ki, Kiprə gələn turistlərdən mənfi koronavirus test nəticələri tələb olunacaq.

Kipr hökuməti yoluxma vəziyyətinə görə ölkələri üç qrupa bölüb. "Qırmızı zona"ya daxil olan ölkələrdən gələn turistlər həm də Kiprdə test verməli olacaqlar.