Bakıda yaşayış binasında yanğın baş verib.
Unikal.org xəbər verir ki, hadisə Yeni Yasamalda, Şeyx Məhəmməd Xiyabani küçəsindəki doqquz mərtəbəli binada qeydə alınıb.
Binanın 8-ci mərtəbəsindəki mənzillərdən birində alovlanma baş verib. Əraziyə yanğınsöndürənlər cəlb edilib və yanğın söndürülüb.