Ucar rayonunun Küçəkənd kəndində yanğın baş verib.
Unikal.org FHN-ə istinadən xəbər verir ki, ikimərtəbəli yaşayış binasının dam örtüyünün taxta atmaları 30 m² sahədə yanıb. Dam örtüyünün qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.