Beş gün əvvəl Ağ Evdəki vəzifəsini 46-cı prezident Co Baydenə təhvil verən Donald Trampın səhnə arxasında siyasətə başladığı xəbəri ABŞ mətbuatının gündəmindədir.

Unikal.org xəbər verir ki, paytaxtın əsas siyasi qəzetlərindən biri olan "Washington Post"un hesabatına görə, Donald Trampın senatda impiçment prosesi ilə bağlı səsvermənin yaxınlaşması ilə xəyanət edən respublikaçı senatorlardan "qisas almağa" hazırlaşdığı iddia edilib. 

Qeyd edək ki, Donald Trampın Respublikaçılar Partiyasında işlərinə başladığı ortaya çıxıb.