Böyük Britaniyanın hərbi bazasında xidmət edən zabit sevgilisini 14 gün ərzində hərbi hissədə gizlədib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, otağının qapısına təmizlik xidmətinin daxil olmaması ilə bağlı xahiş yapışdıran zabit sevgilisini 2 həftə burada gizlətməyi bacarıb.
Daha sonra otaqdan qadın ətrinin qoxusunu hiss edən digər hərbçilərin təkidi ilə otağa baxış keçirilib. Qadın şkafda tapılıb. Onun casus olması ehtimalı ilə zabitin addımı qınanılıb. Zabit sevgilisinin casus olması ittihamlarını rədd edib.