“Türk Hava Yolları” aviaşirkəti (THY) yanvarın 26-dan 31-dək İsrail səfərlərinin müvəqqəti dayandırılması ilə bağlı qərar qəbul edib.
Unikal.org xəbər verir ki, bununla bağlı şirkətin rəsmi sosial media hesabında bildirilib.
Məlumatda bu istiqamətdə bileti olan sərnişinlərin THY-nin ofislərinə və ya satış mərkəzlərinə müraciət etmələri xahiş olunur.
Səfərlərin dayandırılması səbəbləri ilə bağlı açıqlama verilməyib.