Fransanın 8 müxtəlif regionunda quş qripinə (H5N8) yoluxma faktları qeydə alınıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, yoluxma ev ördəkləri arasında müşahidə edilib. Bu səbəblə 2 milyon ördək məhv edilib.
Rəsmilər 390 ferma təsərrüfatında quş qripinə yoluxma faktları aşkar edildiyini bildirib. Hazırda 45 bölgədə kənd təsərrüfatı obyektlərində karantin elan olunub.