Ermənistan hakimiyyəti parlamentə özünü buraxmaq səlahiyyəti verməyi planlaşdırır.
Unikal.org xəbər verir ki, bu barədə "Haykakan Jamanak" qəzeti məlumat verib. Qəzetin Ermənistan baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyana məxsus olduğu deyilir. Bildirilir ki, hakim “Mənim addımım” fraksiyası konstitusiyaya bir sıra dəyişiklikləri nəzərdən keçirir.
Sözügedən layihədə parlament üzvlərinin ümumi sayının 3/5 hissəsi qərar verərsə, parlamentin buraxılması ilə erkən və növbədənkənar seçkilərin keçirilə bilməsi məsələsi də yer alır. Bundan əvvəl Nikol Paşinyan yeni parlament seçkilərinin keçirilməsini təklif etmişdi.